0
Bazar ertəsi
Yan 13

Ermənistanda törədilən cinayətlərin sübutu olan videonu kim üzə çıxardı?

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Baku TV-nin "Baku Aktual" verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişin budəfəki sayında Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-də "Yerkrapa" terror təşkilatının üzvləri ilə görüşündən olan və illərlə gizlədilən videosu müzakirə olunub.

Həmçinin həmin dövrdə Ermənistanın müdafiə naziri olmuş Vazgen Sarkisyanın sonradan yayılan daha bir videodakı fikirləri də şərh edilib.

Verilişdə ermənilərin azərbaycanlılara qarşı xüsusi qəddarlıq göstərdiyi Vedi hadisələri və Xalisa faciəsi ilə bağlı da müzakirə aparılıb.

Proqramın qonaqları Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli, Şidli sakini Mehdi Əhmədov və Xalisa sakini Yəhya Səfərovdur.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.