Çərşənbə axşamı
Sen 30

"Porsche Azərbaycan"dan uşaqlarla unudulmaz kartinq günü

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Porsche Bakı Mərkəzi"nin təşkilatçılığı ilə 11 saylı inteqrasiya təlimli internat məktəbinin şagirdləri üçün "Baku City Karting"də (BCK) xüsusi tədbir keçirilib. Belə bir sosial məsuliyyət təşəbbüsü uşaqlara həm əyləncəli, həm də maarifləndirici bir gün bəxş edib.

Tədbir çərçivəsində şagirdlər professional təlimçilər tərəfindən kartinqin qaydaları və təhlükəsizlik normaları barədə məlumatlandırılıblar. Daha sonra bütün təhlükəsizlik qaydalarına riayət olunmaqla kartinqləri idarə etmək imkanı qazanıblar.

Xüsusi qayğıya ehtiyacı olan və kartinqləri müstəqil formada idarə edə bilməyən uşaqlar isə 2 nəfərlik kartinqlərdə təcrübəli təlimçilərin idarəçiliyi altında yürüş təcrübəsini yaşayıblar. Bu onların da kartinq həyəcanını bölüşmələrinə imkan verib.

"Bizim üçün uşaqların üzündə təbəssüm görmək ən böyük uğurdur. "Porsche Bakı Mərkəzi" olaraq belə layihələrlə gələcəkdə də gənclərin inkişafına və onların sosial inteqrasiyasına dəstək verməyə davam edəcəyik", - deyə "Əfəndilər Qrup"un icraçı direktoru Amal Əlili bildirib.

Bu təşəbbüs "Porsche Bakı Mərkəzi"nin sosial məsuliyyət layihələri çərçivəsində icra olunub və məqsəd uşaqlara yeni təcrübələr qazandırmaqla yanaşı, onların həyat sevincini və özünəinamını artırmaqdır.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.