0
Bazar ertəsi
Dek 01

"Qarabağ"ın Çempionlar Liqasındakı növbəti rəqibi azarkeşlərə görə matçı yarımçıq saxladı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Niderland Erediviziyasının 14-cü turunda "Ayaks" "Qroningen"i qəbul edib.

King.Az "Haber Global"a istinadən xəbər verir ki, matç azarkeşlərin meydana fişəng və digər alışqan maddələr atmasından sonra yarımçıq dayandırılıb.

"Ayaks" rəsmiləri "Yohan Kroyf Arena"da baş verənləri qalmaqal adlandırıb və üzr istəyiblər.

Onlar təqsirkarların müəyyən edilməsi üçün kamera görüntülərinin nəzərdən keçiriləcəyini və lazımi tədbirlərin görüləcəyini açıqlayıblar.

Qeyd edək ki, Ağdamın "Qarabağ" klubu UEFA Çempionlar Liqası çərçivəsində dekabrın 10-da Tofiq Bəhramov adına stadionda "Ayaks"ı qəbul edəcək.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.