Çərşənbə
Sen 24

Çağatay Ulusoy 35 yaşını romantik sürprizlə qeyd etdi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Məşhur türkiyəli aktyor Çağatay Ulusoy 35 yaşını qeyd edir. Karyerasında yer aldığı hər layihə ilə uğur qazanan aktyor bu dəfə doğum günü ilə deyil, sevgilisinin romantik jesti ilə gündəmə gəlib. Ulusoyun "Kübra" serialındakı tərəf-müqabili olan aktrisa Aslıhan Malbora münasibətlərini ilk dəfə sosial mediada etiraf edib.

King.Az xəbər verir ki, o, "Instagram" hesabında qısa video paylaşaraq aktyoru təbrik edib.

Şəxsi həyatını daim mediadan uzaq saxlayan Ulusoy indiyədək sevgilisi ilə heç bir görüntü paylaşmamışdı. Lakin belə görünür, bu ad günü cütlüyün münasibəti üçün dönüş nöqtəsidir.

Kadrlarda Ulusoyun avtomobil idarə etdiyi anlar əks olunub, paylaşıma isə doğum tarixi və qırmızı ürək emojisi əlavə olunub.

Aslıhan Malboranın bu jesti sosial mediada maraqla qarşılanıb.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.