0
Cümə axşamı
Sen 18

İsraili yarışlardan uzaqlaşdırmaq çağırışına Beynəlxalq Olimpiya Komitəsindən cavab

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Beynəlxalq Olimpiya Komitəsi (BOK) İsraili idman yarışlarında iştirakdan kənarlaşdırmaqdan imtina edib.

King.Az-ın məlumatına görə, bu barədə EFE informasiya agentliyi xəbər verir.

İspaniya hökumətinin başçısı Pedro Sançesin Qəzza zolağında münaqişəyə görə İsraili yarışlardan kənarlaşdırmaq çağırışına cavab olaraq, BOK-dan qeyd edilib ki, İsrail və Fələstin Milli Olimpiya komitələri bərabər hüquqlara malikdir.

"Hər ikisi Olimpiya Xartiyasına riayət edir və BOK Qəzza münaqişəsinin idmançılara təsirini yumşaltmaq üçün onlarla işləməyə davam edir", - deyə mənbədən vurğulanıb.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.