Türkiyə Trabzon şəhərinin Akçaabat rayonunda xırdavat və inşaat materialları satılan ticarət mərkəzinin anbarında yanğın başlayıb.
Bu barədə King.Az "TGTR Haber"ə istinadən xəbər verir.
Məlumata görə, yanğının səbəbi hələ dəqiqləşdirilməyib, səmanı qatı qara tüstü bürüyüb. Hadisə yerinə Böyükşəhər Bələdiyyəsi yanğınsöndürmə qrupları cəlb edilib.
Yanğın səbəbindən Qara dəniz Sahil yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb, alovların söndürülməsi işləri davam edir.
Oxşar Mövzular
ABŞ-dan sonra Argentina da ÜST-dən çıxır
6-02-2025, 00:16