"Mosenerqosbıt" şirkəti Rusiyada xarici agent kimi tanınan yumorist, aktyor Maksim Qalkini məhkəməyə verib. Şirkət Qalkinə qarşı elektrik enerjisinə görə borcun alınması ilə bağlı iddia ərizəsi təqdim edib.
King.Az bildirir ki, bu barədə Moskvanın ümumi yurisdiksiya məhkəmələrinin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd olunur ki, Qalkinin elektrik enerjisinə görə 500 min rubldan (təxminən 10 170 manat - red.) çox borcu yığılıb.
Bu qədər borc onun Moskva vilayətinin Qryaz kəndində yerləşən mülkündə qeydə alınıb.
İddia ilə bağlı məhkəmə prosesi 2025-ci il sentyabrın 25-nə təyin edilib.
Oxşar Mövzular
FKSB klubu "Qarabağ"la daha erkən "görüşəcək"
18-12-2024, 00:58
Tayvanda fasiləsiz kompüter oyunları oynayan gənc öldü
5-03-2026, 14:09Yamal Messi ilə məşhur şəkli barədə ilk dəfə danışdı
17-07-2025, 12:58