2010-cu ilin yayında ABŞ-nin Nyu-York ştatının Bruklin bölgəsində yerləşən Red-Hukda qəribə və nadir bir hadisə baş verib - arılar qəfil qırmızı rəng alıblar. Daha maraqlısı isə o idi ki, pətəklərdəki bal adi kəhrəba rəngində yox, parlaq qırmızı olub. Bu sirrin cavabı yalnız 15 il sonra tapılıb.
King.Az xəbər verir ki, məsələ barədə "IFLScience" nəşri məlumat yayıb.
Həmin vaxt hadisəni araşdırmaq istəyən arıçılar Tim Onil, Gita N. və Seriz Mayo "Added Value Red Hook" fermasında nümunələr toplayaraq dövlət qida laboratoriyasına göndəriblər.
Tim Onilin sözlərinə görə, arı fermasına gələndə hüceyrələrə girib-çıxan parlaq qırmızı, demək olar ki, flüoresan görünüşlü arılarla qarşılaşıblar:
"İlk baxışda bu, olduqca qorxulu təsir bağışlayırdı", - deyə o xatırlayıb.