0
Bazar ertəsi
Sen 08

İsrail həlledici əməliyyatdan əvvəl HƏMAS-a mesaj göndərdi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Bu gün Qəzza şəhərinin səmasını güclü qasırğa vuracaq və terror qüllələrinin damları uçacaq. Bu, hazırda Qəzzada və xaricdə lüks hotellərdə yaşayan HƏMAS rəhbərliyinə sonuncu xəbərdarlıqdır".

King.Az xəbər verir ki, bu sözləri özünün "X" hesabında Qəzzada həlledici əməliyyat barədə anons verən İsrailin müdafiə naziri İsrael Kats yazıb.

İ.Kats HƏMAS-dan girovları azad etməyi və silahları yerə qoymağı tələb edib.

"Yoxsa Qəzza və siz məhv ediləcəksiniz. İsrail ordusu planlaşdırıldığı kimi Qəzzanı qətiyyətlə məğlub etmək üçün manevrlərini genişləndirməyə hazırlaşır", - deyə İ.Kats qeyd edib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.