0
Şənbə
May 10

Zelenskinin üzündəki qəribə iz müzakirələrə səbəb olub

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Ukrayna Prezidenti Volodimir Zelenskinin üzündəki qəribə iz sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb.

King.Az mk.ru-ya istinadla xəbər verir ki, Ukrayna liderinin amerikalı həmkarı Donald Trampla telefon danışığından sonra paylaşdığı fotoşəkildə üzündəki iz internet istifadəçilərinin diqqətini cəlb edib.

İş stolu arxasında oturan V.Zelenskinin üzünün sağ tərəfində geniş şaquli qırmızımtıl zolaq görünür.

Versiyalardan birinə görə, bu, Ukrayna dövlət başçısının yaralandıqdan sonra keçirdiyi gizli əməliyyatın izidir.

Digərləri isə hesab edirlər ki, V.Zelenski başını stolun küncünə qoyub yatdıqdan sonra üzündə iz əmələ gəlib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.