Şənbə
Sen 06

"Google"a milyardlarla avroluq CƏRİMƏ

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Avropa Komissiyası (AK) ABŞ-nin "Google" korporasiyasını Aİ-nin reklam bazarında yol verdiyi sui-istifadələrə görə 2.95 milyard avro cərimələyib.

King.Az xəbər verir ki, bu barədə AK-nin bəyanatında deyilir.

"Komissiya "Google"ın mal və xidmətlərin təşviqi sahəsində Avropa rəqəmsal bazarında dominant mövqeyindən sistemli şəkildə sui-istifadə etməsi ilə əlaqədar 2.95 milyard avro məbləğində cərimə tətbiq etmək qərarına gəlib", - məlumatda deyilir.

Xatırladaq ki, "Google" ilə bağlı araşdırma 2023-cü ildən davam edir, lakin ABŞ ilə münasibətlərin pisləşməsi qorxusu səbəbindən cərimə barədə qərar uzun müddət təxirə salınıb.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.