Çərşənbə axşamı
Okt 29

Günəşin yaxınlığından keçən komet yoxa çıxdı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
C/2024 S1 (ATLAS) kometi Günəşə yaxınlaşdıqdan sonra LASCO C2 kosmik koronaqrafının təsvirlərindən itib ki, bu da onun məhv olduğunu göstərir.

King.Az xəbər verir ki, bu barədə TASS-a astronom, Rusiya Elmlər Akademiyasının Tətbiqi Riyaziyyat İnstitutunun elmi işçisi Leonid Yelenin məlumat verib.

Komet 27 sentyabr 2024-cü ildə Havayda ATLAS layihə teleskopu vasitəsilə kəşf edilib. Oktyabrın 28-də o, Günəşə yaxınlaşdıqdan sonra buxarlanıb.

Bildirilir ki, səma cismi Günəşin yüksək temperaturunun təsiri altında məhv olub.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.