Livan hökuməti "Hizbullah" təşkilatını tərksilah etmək planını təsdiqləyib.
King.Az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bu barədə ölkənin informasiya naziri Pol Morkos kabinet iclasının yekunları üzrə hesabatda bildirib.
Onun sözlərinə görə, Livan ordusu mövcud imkanlarına uyğun olaraq bu planı həyata keçirməyə başlayacaq.
"Biz Livan ordusuna dəstək vermək üçün bir neçə ölkədən vədlər almışıq. Hökumət ordunun gələcəyi və onların müzakirələri ilə bağlı məxfiliyi saxlamaq qərarına gəlib", - nazir qeyd edib.
Oxşar Mövzular

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə yeni hakim təyin edilib
9-12-2025, 13:08
Cənubi Koreyanın bir şəhərində 17 ildən sonra ilk dəfə uşaq doğulub
2-04-2026, 13:23