Cümə axşamı
Sen 04

Rusiyalı alpinist qadın planetdəki "qatil dağlar"ın adlarını açıqladı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Rusiyadan Everest zirvəsini fəth edən üçüncü qadın, rusiyalı alpinist Lyudmila Korobeşko "qatil dağlar" adlanan zirvələri sadalayıb.

Bu barədə King.Az "RIA Novosti"yə istinadən xəbər verir.

"Planetdəki əsas "qatil dağlar" bunlardır: K2 (Karakorum dağ silsiləsində), Annapurna (Himalayda), Nanqaparbat (Pakistanda), Pobeda (Qırğızıstanda)", - deyə o bildirib.

Everestə gəlincə, Lyudmila Korobeşko əlavə edib ki, faiz baxımından orada mövsüm zamanı ölən alpinistlərin sayı "qatil dağlar"dakı qədər olmur - orta hesabla üç və ya dörd nəfərdən 15 və ya 16 nəfərə qədər.

Xatırladaq ki, məhz Qırğızıstanın 7200 metr hündürlükdə yerləşən Pobeda zirvəsində rusiyalı alpinist Nataliya Naqovitsina ayağını sındırıb və çarəsiz vəziyyətdə qalıb. Onu xilas etmək üçün edilən üç cəhd nəticə verməyib və qadın həyatını itirib.

Qırğızıstan Alpinizm Federasiyasının rəhbəri Eduard Kubatov bildirib ki, dron Naqovitsinanın yerləşdiyi hündürlüyü iki dəfə yoxlayıb və mütəxəssislər əmin olublar ki, o, hər hansı həyat əlaməti göstərmir. Bununla əlaqədar olaraq, rusiyalı qadının Pobeda zirvəsindən xilas edilməsi əməliyyatı rəsmən dayandırılıb.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.