Bazar ertəsi
Sen 01

Pezeşkian ŞƏT-ə üzv ölkələrin xarici işlər nazirləri komitəsinin yaradılmasını təklif edir

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

İran Prezidenti Məsud Pezeşkian Yaxın Şərqdə sülh və təhlükəsizliyə təhlükə yaradan böhranların həlli üçün Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin xarici işlər nazirləri komitəsinin yaradılmasını təklif edib.

King.Az "RIA Novosti"yə istinadən xəbər verir ki, M.Pezeşkian bu barədə Çinin Tiencin şəhərində ŞƏT üzv ölkələrin dövlət başçıları Şurasının 25-ci iclasında çıxışı zamanı deyib.

M.Pezeşkian əlavə edib ki, komitəyə üzv ölkələrdən birinə istədiyi vaxt dərhal iştirakçıların iclasını çağırmaq hüququ verilməlidir.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.