ABŞ-nin qrafik prosessor istehsalçısı "Nvidia" tarixdə bazar dəyəri 4.5 trilyon dolları keçən ilk şirkət olub.
King.Az bu barədə "Nasdaq" birjasının məlumatlarına əsasən xəbər verir.
Belə ki, ticarət sessiyası ərzində şirkətin səhmləri bahalaşaraq bir səhm üçün 186.5 dolları ötüb.
Bununla da, "Nvidia"nın bazar dəyəri 4.522 trilyon dollara çatıb.
Hazırda, ikinci yerdə olan "Microsoft"un bazar dəyəri 3.83 trilyon dollar, üçüncü ən böyük şirkət olan "Apple"ın dəyəri isə 3.769 trilyon dollardır.
Oxşar Mövzular
Boksun olimpiadanın proqramında qalması ilə bağlı qərar verildi
20-03-2025, 16:02Bu bürclər həyatı CİDDİYƏ ALMIR
9-12-2024, 01:43İsrail Suriyaya zərbələr endirdi
3-01-2025, 18:02