Çərşənbə
Avq 20

İşsizlərin diqqətinə: Sığorta ödənişi hansı halda verilir?

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Qanunvericiliyə əsasən, işçi işdən azad edilərkən, həmçinin müddətli əmək müqaviləsi başa çatdığı və ya çalışdığı dövlət qurumu ləğv olunduğu halda işsizlikdən sığorta almaq hüququna malikdir".

Bunu Milli Məclisin deputatı Vüqar Bayramov Baku TV-yə açıqlamasında bildirib.

O qeyd edib ki, işsizlikdən sığortaya görə ödəniş ilk dəfə və yenidən müraciət edənlər üçün fərqlidir.

"Sığorta ödənişi üçün ilkin müraciət müddəti 6 aydır. Qanunvericilikdə işsizlikdən sığortaya görə ödənişin məbləği də müəyyənləşdirilib. Sığorta alan vətəndaşlara əlavə olaraq hər uşağa görə 5 faiz ödəniş də nəzərdə tutulur", - deyə millət vəkili əlavə edib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.