Tailandda sərnişin avtobusunun yük avtomobili ilə toqquşması nəticəsində azı yeddi nəfər ölüb, 30-dan çox insan yaralanıb.
King.Az xəbər verir ki, bu barədə "Naewna" qəzeti məlumat yayıb.
Qeyd olunur ki, avtobus Tailand körfəzinin şərq sahilindəki Rayonq kurort şəhərindən krallığın şimal-şərqindəki Nonqhay şəhərinə gedirmiş.
Aprelin 21-də yerli vaxtla saat 01:40-da Banqkok yaxınlığındakı Praçinburi əyalətində baş verən qəzadan sonra yanğın başlayıb və nəqliyyat vasitəsi külə dönüb. Hüquq-mühafizə orqanları qəzanın başvermə səbəbini araşdırır.