0
Bazar ertəsi
Avq 18

Tramp-Zelenski görüşünün saatı məlum olub

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

ABŞ Prezidenti Donald Tramp və Volodimir Zelenski arasında bu gün keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:15-də başlayacaq və bir saat davam edəcək.

King.Az-ın xəbərinə görə, bu barədə Donald Trampın görüşlərinə dair Ağ Evin dərc etdiyi cədvəldə qeyd olunur.

D.Tramp və V.Zelenski arasında görüş Ukrayna münaqişəsinin həllinə həsr olunacaq. V.Zelenski ilə birlikdə Ağ Evə Trampla görüşə yollanacaq liderlər arasında Almaniya Kansleri Fridrix Merts, Fransa prezidenti Emmanuel Makron, Finlandiya Prezidenti Aleksandr Stubb, İtaliyanın Baş naziri Corciya Meloni, Böyük Britaniyanın Baş naziri Kir Starmer və NATO-nun baş katibi Mark Rütte də var.

Məlumat üçün əlavə edək ki, artıq Volodimir Zelenski Donald Trampla görüşmək üçün ABŞ-dədir.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.