Çərşənbə
Avq 13

"Azərişıq" ASC yenidən təşkil edilə bilər

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Azərişıq" ASC bir sıra təsərrüfat subyektlərinin onun strukturuna daxil edilməsi ilə yenidən təşkil edilə bilər.

King.Az APA-ya istinadla xəbər verir ki, bununla bağlı ASC-yə Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi tərəfindən razılıq verilib.

Qeyd edək ki, "Azərişıq" ASC-nin fəaliyyətinin təşkili haqqında" Prezidentin sərəncamına əsasən, Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının yaradılmasına və ya ləğvinə, törəmə cəmiyyətlərinin yaradılmasına, yenidən təşkilinə və ya ləğvinə razılıq verilməsi İqtisadiyyat Nazirliyinə həvalə edilib. Cəmiyyətin sədrinin və sədr müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, Cəmiyyətin yenidən təşkili və ləğvi Azərbaycan Prezidenti tərəfindən həyata keçirilir.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.