0
Çərşənbə axşamı
Avq 12

Sanatoriya-Kurort Elektron Rezervasiya Sistemi istifadəyə verilib

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Sanatoriya və istirahət mərkəzlərinə yollayışların verilməsi prosesində şəffaflığın, operativliyin və əlçatanlığın təmin olunması məqsədilə e-ahik.az (Sanatoriya-Kurort Elektron Rezervasiya Sistemi) istifadəyə verilib. 2025-ci il yanvarın 1-dən iyulun 31-dək 32 minə yaxın yollayış verilib ki, bu isə ötən ilin müvafiq dövrünə nisbətən 1.5 dəfə çoxdur".

King.Az xəbər verir ki, bu barədə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının mətbuat konfransında məlumat verilib.

Qeyd olunub ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 2025-2027-ci illər üzrə inkişaf strategiyası təsdiq edilib və hazırda strategiyanın reallaşdırılması üçün 7 prioritet, 12 fəaliyyət istiqaməti və 36 tədbiri əhatə edən Tədbirlər Planı icra olunur.

Həmçinin məlumat verilib ki, 148 şəhid ailəsinə isə alış-veriş kartları təqdim edilib. Bundan başqa, 20 Yanvar şəhidlərinin 95 ailə üzvünə birdəfəlik maddi dəstək göstərilib. Bu istiqamətdə həyata keçirilən layihələr çərçivəsində şəhid övladları üçün "Abşeron" sanatoriyasında "Texno Qəhrəmanlar" master-klası təşkil olunub.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.