İran Prezidenti Məsud Pezeşkianın İranda jurnalistika günündə mətbuat işçiləri ilə görüşündə maraqlı an yaşanıb.
"Azad İran" "Telegram" kanalı bu barədə İran KİV-ə istinadən xəbər verir.
Belə ki, jurnalistlərdən biri ona yaxınlaşaraq - "bu dəfə jurnalist siz olun, müxbirlərə siz sual verin", - deyib.
M.Pezeşkian isə gülümsəyərək cavab verib: "Sual soruşum? Qarşımda mikrofon var da, əlavə mikrofonu nə edirəm?" - deyə ona mikrofon uzadan jurnalistə bildirib.
Bu zarafatlı cavab sosial şəbəkələrdə maraqla qarşılanıb və jurnalistlər arasında gülüşə səbəb olub.
Oxşar Mövzular

Aİ sammitində Ukraynaya 90 milyard avro vəsait ayrılması razılaşdırıldı
19-12-2025, 15:43