Bazar
Avq 10

Odessa sahilində iki mina partlayıb: Ölənlər var

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Ukraynanın Odessa vilayətində çimərliklərdə iki mina partlayıb.

King.Az-ın xəbərinə görə, bu barədə Odessa vilayət hərbi administrasiyasının rəhbəri Oleq Kiper öz "Telegram" kanalında bildirib.

Onun sözlərinə görə, partlayış nəticəsində üç nəfər - iki kişi və bir qadın ölüb.

Minalardan biri sahildən təxminən 50 m aralıda dənizdə partlayıb.

Kiper xatırladıb ki, hazırda vilayətdə çimmək üçün 32 təhlükəsiz zona açıqdır, onlardan 30-u Odessadadır.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.