0
Bazar
Mar 23

Dünyanın ən böyük və ən çox ziyarət edilən əyləncə parkında YANĞIN

HASANLY
ABŞ-nin Florida ştatında yerləşən Uolt Disney istirahət mərkəzində yerləşən Epkot əyləncə parkında yanğın baş verib.

King.Az xəbər verir ki, bu barədə "Fox 35" telekanalı məlumat yayıb.

Telekanal bildirib ki, dünyanın ən böyük və ən çox ziyarət edilən əyləncə parkı olan məkanda ziyarətçilər və işçilər təxliyə ediliblər, zərərçəkən və ölən yoxdur.

Həmçinin qeyd edilib ki, yanğın Epkot tematik parkının səhnə arxasında baş verib. Uolt Disney Dünya İstirahət Mərkəzinin rəsmi nümayəndələri yanğının Fransa pavilyonunun səhnə arxasında başladığını təsdiq ediblər.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.