Cümə
Noy 07

ABŞ hərbi bazasına içərisində ağ toz olan bağlama göndərildi: Bir neçə nəfər xəstəxanaya yerləşdirildi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

ABŞ-də Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasına içərisində ağ toz olan şübhəli bağlama çatdırıldıqdan sonra bir neçə nəfər xəstəxanaya yerləşdirilib.

King.Az xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadən məlumat yayıb.

Ehtiyat tədbiri olaraq, bağlamanın ünvanlandığı binada və ona bitişik tikililərdə təxliyə aparılıb. Təcili yardım xidmətləri hadisə yerində işləyirlər. Onlar insanların həyatı üçün birbaşa təhlükə olmadığını müəyyənləşdiriblər. Maddənin tərkibi hələ müəyyən edilməyib, lakin təhlükəli maddələrlə işləyən mütəxəssislər ilkin olaraq onun təhlükə yaratmadığı qənaətinə gəliblər.

Telekanalın bildirdiyinə görə, bağlamada, həmçinin siyasi təbliğat materialları da olub.

Qeyd edək ki, Endryus hərbi bazası ABŞ prezidenti, vitse-prezidenti və administrasiyanın digər yüksəkvəzifəli şəxslərinin uçuşlarının təşkili üçün istifadə olunur.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.