Bazar
Avq 10

KİV: "İran jurnalistlərə basqıları artırır"

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Forbes" qəzetinin hesabatında İslam Respublikasının "Iran International" telekanalında çalışan jurnalistlərə qarşı yeni və geniş təhdid dalğası araşdırılıb.

King.Az bu barədə "Azad İran" "Telegram" kanalına istinadla xəbər verir.

Bildirilir ki, Tehranın transsərhəd repressiya modelinin bir hissəsi kimi qiymətləndirilən bu kampaniya son altı həftədə 45 jurnalist və onların 315 ailə üzvünə birbaşa ölüm təhdidləri daxil olmaqla ciddi təzyiqlər göstərib.

Böyük Britaniyada fəaliyyət göstərən beynəlxalq hüquqşünaslar 2025-ci ilin avqustunda İranın jurnalistlərə qarşı dünya üzrə geniş və görünməmiş təhdidləri barədə xəbərdarlıq ediblər.

Onların məlumatına görə, bu təzyiqlər, xüsusilə "Iran İnternational" kanalı ilə işləyən jurnalistlər üçün ağırdır və onlara qarşı müəyyən edilmiş təhlükəli müddətlər artıq keçib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.