Çərşənbə
Avq 06

"Fənərbağça"nın Kerem Aktürkoğlu üçün göndərdiyi xüsusi təyyarə Portuqaliyadan boş döndü

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Benfika"da çıxış edən Kerem Aktürkoğlunu transfer etməyi planlaşdıran "Fənərbağça" klubu özəl təyyarəsini Portuqaliyaya göndərsə də, təyyarə İstanbula əliboş dönüb.

King.Az "SporX"ə istinadən xəbər verir ki, buna səbəb "Benfika" klubunun rəhbərliyinin futbolçularını satmaqdan imtina etməsi olub.

Belə ki, "Fənərbağça" klubu "Feyenoord" səddini keçəcəyi təqdirdə "Benfika" klubunun rəqibi olduğundan Portuqaliya klubu Keremin Türkiyə təmsilçisinə keçidi üçün icazə verməyib.

Qeyd edək ki, "Fənərbağça" Kerem Aktürkoğludan əlavə Merih Demiralı da transfer etmək istəsə də, tərəflər razılaşa bilməyiblər.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.