Çərşənbə
Dek 24

İngiltərə Liqa Kuboku: "Arsenal" yarımfinalda

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

İngiltərə Liqa Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Arsenal" - "Kristal Pelas" matçı keçirilib.

King.Az xəbər verir ki, "Emireyts" stadionunda baş tutan qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb.

Maksans Lakrua görüşün 80-ci dəqiqəsində avtoqola imza ataraq, "topçular"ı hesabda önə çıxarıb. 90+5-ci dəqiqədə isə Mark Qehi hesaba tarazlıq gətirib.

Qalibin adına penalti seriyasında aydınlıq gəlib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən (8:7) "Arsenal" futbolçuları növbəti mərhələyə adlayıblar.

Qeyd edək ki, yarımfinalda "Mançester Siti" "Nyukasl" ilə, "Çelsi" isə "Arsenal" ilə qarşılaşacaq.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.