Kamçatkada 5.7 bal gücündə zəlzələ baş verib.
King.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsindən məlumat verilib.
Seysmoloqların məlumatına görə, mənbə 82.3 km dərinlikdə yerləşib. Zəlzələ Petropavlovsk-Kamçatskdan 342 km aralıda qeydə alınıb. Zəlzələnin nə dərəcədə hiss olunduğu ilə bağlı hələlik məlumat yoxdur.
Xatırladaq ki, iyulun 30-da yerli vaxtla saat 11:24-də (Bakı vaxtı ilə 3:24) Sakit okeanda Kamçatka yaxınlığında 8.7 bal gücündə zəlzələ baş verib. Təkanların episentri Petropavlovsk-Kamçatskdan 161 km şərqdə, 32 km dərinlikdə yerləşib. Zəlzələdən sonra çox sayda afterşok qeydə alınıb.
Oxşar Mövzular
"Real" Mbappenin transferindən peşman olub
19-10-2024, 12:35Azərbaycan cüdoçuları dünya çempionatında dördüncü yeri tutublar
6-10-2024, 23:03SOCAR təhlükəsizlik tədbirlərini gücləndirdi - SƏBƏB
6-01-2025, 14:12