Tacikistanın paytaxtı Düşənbədə gənclər arasında dünya çempionatı sona çatıb.
Son gündə komanda yarışlarının qalibləri məlum olublar.
Azərbaycan cüdoçuları mübarizəyə 1/8 finaldan qoşulublar. Yığmamız tatami sahibləri ilə qarşılaşmada 4:2 hesabı ilə qələbə qazanıb. 1/4 finalda komandamızın işi çətin olmayıb. Təmsilçilərimiz Türkmənistanı 4:0 hesabı ilə məğlub ediblər.
Millimiz eyni uğuru yarımfinalda təkrarlaya bilməyib. Fransa ilə gərgin mübarizədə rəqib komanda 4:3 hesabı ilə üstün olub. Bürünc uğrunda görüşdə isə cüdoçularımız Özbəkistan idmançıları ilə qarşılaşıblar. 2:4 hesabı ilə uduzan komandamız dünya çempionatını medalsız başa vurub.
Qeyd edək ki, yığmamız şəxsi yarışlarda 3 medal qazanıb. Kənan Nəsibov (+100 kq) gümüş, Süleyman Şükürov (81 kq) və Əjdər Bağırov (100 kq) bürünc medal qazanıb.

Oxşar Mövzular
Mirsaleh Seyidov rəisi İŞDƏN ÇIXARDI - Yeni təyinat
18-02-2025, 16:23Gündəlik Bürclər-(17.12.2024)
17-12-2024, 00:27