İstanbulda keçirilən "IDEF 2025" Beynəlxalq Müdafiə Sənayesi Sərgisi davam edir. Tədbirdə iştirak edən Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev iyulun 24-də Nigeriya Federativ Respublikasının müdafiə üzrə dövlət naziri Bello Mohammed Matavalle, Somali Federativ Respublikasının müdafiə naziri Ahmed Moallim Fiqi, Cənubi Afrika Respublikasının müdafiə və vətən veteranları nazirinin müavini Bantubonke Harrington Holomisa və Səudiyyə Ərəbistanı Krallığının icra məsələləri üzrə müdafiə nazirinin müavini Xalid bin Husseyn Al-Biyari ilə görüşüb.
King.Az xəbər verir ki, bu barədə Müdafiə Sənayesi Nazirliyi (MSN) məlumat yayıb.
Bildirilib ki, görüşlər zamanı "IDEF 2025" sərgisində yüksək səviyyəli işgüzar mühitin formalaşdığı, bu tədbirin müdafiə sənayesi sahəsində əməkdaşlıq imkanları baxımından mühüm platforma rolunu oynadığı vurğulanıb.
Ölkələrimiz arasında hərbi-texniki sahədə tərəfdaşlıq imkanları müzakirə edilib, tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sərgi çərçivəsində Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan və "Baykar" şirkətinin İdarə Heyətinin sədri Selçuk Bayraktar Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeliyində olan "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən quraşdırılmış stendi ziyarət ediblər.
Nazir V.Mustafayev onlara sərgidə nümayiş olunan Azərbaycanın istehsal etdiyi hərbi məhsullar haqqında ətraflı məlumat verib.
Qeyd edək ki, MSN "IDEF" sərgisində artıq 9-cu dəfədir ki, stendlə iştirak edir. Sərgi iyulun 27-də başa çatacaq.
Oxşar Mövzular
Azərbaycan Prezidenti İlham Əliyev Konqo Prezidenti ilə görüşüb
13-11-2024, 15:42Tramp: "Prezident olduqdan sonra həlak olma ehtimalı artır"
13-07-2025, 12:53