0
Cümə axşamı
yan 09

Kreml Ermənistanın Avropa İttifaqına üzvlük məsələsini şərh etdi

HASANLY
"Ermənistan eyni zamanda həm Avropa İttifaqına (Aİ), həm də Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv ola bilməz".

King.Az-ın TASS-a istinadən məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.

"Nəzəri olaraq düşünsək, iki fərqli təşkilatın üzvü olmaq sadəcə mümkün deyil. Burada bir gömrük məkanı var, malların və xidmətlərin, insanların və kapitalın sərbəst hərəkəti üçün bir zona var, orada isə başqa normalardır", - deyə Kreml nümayəndəsi bildirib.

Peskov əlavə edib ki, Ermənistanın Aİ-yə daxil olmaq təşəbbüsünə Brüsselin reaksiyasını gözləmək lazımdır.

"Bilirik ki, üzvlük proseslərini Avropa İttifaqı başladır. Burada Aİ-nin bu məsələyə münasibətinin nə olduğunu anlamaq lazımdır", - deyə Kreml nümayəndəsi qeyd edib.
Şərhlər (0)

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbərə şərh əlavə edə bilməz. Zəhmət olmasa Qeydiyyatdan keçin yaxud sayta Daxil Olun.