Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə 2025/2026-cı tədris ili üzrə I və VIII siniflərə qəbul imtahanlarının nəticələri elan olunub.
King.Az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, namizədlər nəticələrlə "exam.culture.az" portalı vasitəsilə tanış ola bilərlər. İmtahan nəticəsindən narazı olan namizədlər 16-18 iyul tarixlərində "MyCulture" vahid şəxsi kabinet vasitəsilə apellyasiya müraciəti edə bilərlər. Müraciətlərə 10 iş günü ərzində baxılacaq.
Qeyd edək ki, məktəb və ixtisas seçimi apellyasiya prosesi yekunlaşdıqdan sonra "MyCulture" şəxsi kabineti üzərindən aparılacaq.
Oxşar Mövzular
Tramp Kanadanın ABŞ-yə birləşdiyi xəritəni dərc edib
8-01-2025, 16:01Rusiya Ukraynaya 909 hərbçinin meyitini qaytardı
18-04-2025, 20:562Pack,JANAGA,HAYIT MURAT,DAVVI,ALL EYES ON ME,ASA DU,FORGET
12-12-2024, 17:31