Bazar ertəsi
Yan 20

Dünyanın ən güclü futbol liqasının adı açıqlandı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) İtaliya çempionatını dünyanın ən güclü liqası adlandırıb.

King.Az xəbər verir ki, reytinq təşkilatın rəsmi saytında dərc olunub.

İtaliya A Seriyası 1992 xal toplayıb. Reytinqdə ikinci yerdə İspaniya çempionatı (La Liqa) olub - onların 1885 xalı var. İlk üçlüyü İngiltərə Premyer Liqası (1871) tamamlayır. Almaniya çempionatı reytinqdə beşinci (1606), Fransa Liqası isə səkkizinci (1125) yeri tutub.

IFFHS ötən ilin nəticələrinə əsasən "Real Madrid"i ən yaxşı klub adlandırıb.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.