Bazar
İyl 13

Tramp ona qarşı sui-qəsd cəhdi zamanı hüquq-mühafizə orqanlarının səhvlərə yol verdiklərini bildirib

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

ABŞ Prezidenti Donald Tramp xüsusi xidmət orqanlarının ona qarşı sui-qəsd cəhdinə dair məruzələrindən razı olduğunu, lakin hüquq-mühafizə orqanlarının əməkdaşlarının həmin gün səhvlərə yol verdiklərini bəyan edib.

King.Az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə "Fox News" telekanalına müsahibəsində bəhs edib.

"Federal Təhqiqat Bürosu, Məxfi Xidmət, Ədliyyə Nazirliyi bir neçə dəfə mənə məruzə ediblər. Mən bundan məmbun qaldım. Onların binada adamı olmalı idi. Onlar yerli polislə əlaqə saxlamalı idilər. Edilməməli olan səhvlər edildi" , - deyə o vurğulayıb.

Xatırladaq ki, 2024-cü il iyulun 13-də Pensilvaniya ştatının Batler şəhərində keçirilən seçkiqabağı kampaniya mitinqində Trampa atəş açılıb.

Siyasətçi qulağından yüngül yaralanıb. Atəş açan 20 yaşlı amerikalı Tomas Metyu Kruks olub. O, Məxfi Xidmət əməkdaşları tərəfindən yerindəcə zərərsizləşdirilib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.