0
Çərşənbə axşamı
Dek 31

İngiltərə Premyer Liqası: "Çelsi" səfərdə "İpsviç"ə uduzdu

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
İngiltərə Premyer Liqasının 19-cu turunun "İpsviç" və "Çelsi" komandalarının qarşılaşması baş tutub.

King.Az xəbər verir ki, İpsviçdəki "Portman Roud" stadionunda keçirilən oyun meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0.

Qarşılaşmada hesab 12-ci dəqiqədə açılıb. "İpsviç"in hücumçusu Liam Delap fərqlənib. 53-cü dəqiqədə Omari Hatçinson komandasının fərqini ikiyə çatdırıb.

Bu görüşdən sonra "İpsviç"in 19 oyundan 15 xalı toplayıb və İngiltərə Premyer Liqasında 18-ci yerdədir. Londonun "Çelsi" komandası İngiltərə çempionatının turnir cədvəlində dördüncü yerdədir (35 xal).
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.