Çərşənbə axşamı
İyl 01

İlham Əliyev Ruanda prezidentini təbrik etdi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ruanda Respublikasının Prezidenti Pol Kaqameyə təbrik məktubu göndərib.

Kin.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

"Ruanda Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimiyyətlə təbrik edirəm.

Azərbaycan ilə Ruanda arasında münasibətlərin dinamik inkişaf etməsi məmnunluq doğurur. Keçən ilin noyabrında COP29-da iştirak etmək üçün Azərbaycana həyata keçirdiyiniz səfər çərçivəsində Bakıda Sizinlə görüşümüzü, apardığımız fikir mübadiləsini və müzakirələri xoş təəssüratlarla xatırlayıram.

Bu gün Azərbaycan-Ruanda əlaqələrinin və qarşılıqlı faydalı əməkdaşlığının əhatə dairəsinin genişləndirilməsi üçün yaxşı imkanlar mövcuddur. İnanıram ki, dostluq münasibətlərimizin inkişafı, əməkdaşlığımızın dərinləşdirilməsi yolunda birgə səylərimiz bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza əmin-amanlıq və rifah arzulayıram".

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.