Şənbə
İyn 28

Rusiyada OMON-çular tərəfindən öldürülən qardaşlar iş adamı olublar

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Rusiyada OMON-çular tərəfindən öldürülən Ziyəddin və Hüseyn Səfərovlarla bağlı yeni detallar məlum olub.

King.Az E1.ru-ya istinadən xəbər verir ki, qardaşlar Yekaterinburqda "Kaspiy" kafesinin sahibi olublar.

Onların adı hallanan cinayət işi də bu kafenin qarşısında baş verib. Belə ki, 2001-ci ildə azərbaycanəsilli Yunis Paşayev məhz bu kafenin qarşısında mətbəx bıçağı ilə qətlə yetirilib.

Xatırladaq ki, iyunun 27-də Rusiyanın Yekaterinburq şəhərində 50 azərbaycanlı təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Hadisə nəticəsində Ziyəddin və Hüseyn Səfərov qardaşları, həmçinin onların əmisi oğulları Kamal Qədiməli oğlu Səfərov, Ayaz Möhbalı oğlu Səfərov və onun qardaşı Məzahir Möhbalı oğlu Səfərov öldürülüblər.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.