Şənbə
İyn 07

Qazaxıstanda XIII əsrdə mövcud olmuş şəhərin xarabalıqları aşkar edilib

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Qazaxıstanda arxeoloqlar XIII əsrdə monqollar tərəfindən dağıdılan Jetısu bölgəsində yerləşən qədim şəhərin xarabalıqlarını aşkar ediblər.

King.Az Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bu barədə "Petroqlif ovçuları" İctimai Fondunun icraçı direktoru Olqa Qumirova məlumat yayıb.

Onun sözlərinə görə, tədqiqatçılar təsadüfən orta əsrlərə aid böyük bir yaşayış məntəqəsinə rast gəliblər.

"Ola bilər ki, bura vaxtilə Böyük İpək Yolu üzərində yerləşən və monqol istilası zamanı dağıdılmış şəhərin xarabalıqlarıdır", - deyə tədqiqatçı bildirib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.