0
Cümə
May 23

"2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi Milli Məclisə daxil olub

HASANLY

"2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi Milli Məclisə daxil olub.

King.Az "Report"a istinadla xəbər verir ki, qanun layihəsi gələn həftə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılacaq.

2024-cü ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 37 milyard 164.2 milyon manat, xərcləri isə 37 milyard 719.7 milyon manat təşkil edib.

Bunlar, 2023-cü illə müqayisədə müvafiq olaraq 5.5% və 3.5% çoxdur.

Son nəticədə ötən il büdcədə 555.5 milyon manat və yaxud ümumi daxili məhsulun 0.4%-i qədər kəsir yaranıb. Bu isə əvvəlki ilə nisbətən 37.1% azdır.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.