Britaniyanın Baş naziri Kir Starmerin təhlükəsizlik məsələləri üzrə müşaviri Conatan Pauell Rusiya və Ukrayna arasında gözlənilən danışıqlarla bağlı Ukrayna Prezidenti Volodimir Zelenskiyə tövsiyələr vermək üçün Türkiyəyə səfər edəcək.
King.Az-ın verdiyi məlumata görə, bu barədə "The Guardian" öz mənbələrinə istinadla xəbər verib.
Bildirilib ki, Pauellin əsas və davamlı tövsiyəsi ondan ibarətdir ki, Zelenski ABŞ Prezidenti Donald Trampı özündən uzaqlaşdıracaq addımlardan çəkinsin.
