Rusiyanın Buryatiya Respublikasında meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət rejimi elan edilib.
King.Az bu barədə Rusiya KİV-ə istinadən xəbər verib.
Qeyd olunur ki, hazırda respublika ərazisində meşələrə giriş qadağan edilib.
Bundan əlavə, Rusiya Federasiyasının Amur vilayətində güclü meşə yanğınları qeydə alınıb.
Rusiya Fövqəladə Hallar Nazirliyinin regional bölməsi yanğının hazırda 3 000 hektardan çox ərazini əhatə etdiyini bildirib.
Meşə yanğınları ilə əlaqədar bütün Amur vilayətində xüsusi yanğınsöndürmə rejimi tətbiq edilib.
Oxşar Mövzular
