Şənbə
May 10

Eskalasiya başlayandan bəri Hindistan və Pakistan hərbçiləri arasında ilk danışıq baş tutub

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Hindistan və Pakistan arasında münaqişənin eskalasiyasından sonra hər iki ölkənin yüksəkrütbəli hərbçilərinin ilk telefon danışığı baş tutub.

King.Az Oxu.Az-a istinadən bildirir ki, bu barədə Hindistanın "News18" telekanalı məlumat verib.

Telekanalın məlumatına görə, söhbət zamanı Pakistan tərəfi hindistanlı həmkarları ilə görüş keçirmək istəyini bildirib.

Hələlik əlaqənin baş tutması ilə bağlı rəsmi təsdiq yoxdur.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.