0
Bazar
Dek 01

"Bloomberg": Zelenski itirilmiş ərazilərdən imtina etməyə hazırdır?

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Ukrayna Prezidenti Volodimir Zelenski bütün itirilmiş əraziləri qaytarmadan münaqişəni dayandırmağa hazır olduğuna dair bu günə qədər ən güclü siqnal göndərib.

King.Az xəbər verir ki, bu fikri "Bloomberg" agentliyi bildirib.

Məlumata görə, Ukrayna münaqişəsində "döyüş nöqtəsi" yaranır, çünki Rusiya qoşunları "şərqdə inamla irəliləyir" və ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp seçki kampaniyası zamanı döyüşləri dayandıracağına söz verib.

Xatırladaq ki, bugünlərdə Zelenski "Sky News" telekanalına müsahibəsində Kiyevin nəzarətində olan ərazilərin NATO-nun "çətiri altına" alınacağı təqdirdə münaqişənin "qaynar mərhələsinin" dayanmasına razılıq verib. Bu, onun 2022-ci ilin fevralından bəri itirilmiş əraziləri qaytarmadan münaqişəni dayandırmağa hazır olduğu barədə ilk bəyanatıdır.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.