"Pakistan və Hindistan arasında münaqişənin kəskinləşməsi çətin ki, qarşılıqlı nüvə zərbələrinə çevrilsin".
King.Az "RİA Novosti" agentliyinə istinadla xəbər verir ki, bunu Pakistanın müdafiə naziri Xavaca Asif deyib.
Onun sözlərinə görə, İslamabad qonşu ölkəyə qarşı döyüş əməliyyatlarına başlamağı planlaşdırmır:
"Əgər Hindistan gələcək eskalasiyanı təhrik etməsə, Pakistan ona qarşı döyüş əməliyyatlarına başlamağı planlaşdırmır. Lakin hücum halında proporsional cavab verməyə hazırdır".
Oxşar Mövzular
Zambiyada gəmi qəzası: Azı 13 nəfər həlak oldu
26-03-2025, 11:17"Qalatasaray" azarkeşlərinə Viktor Osimhendən BƏD XƏBƏR
30-09-2024, 17:12