Ermənistan parlamentinin aprelin 22-də keçirilən iclasında iqtidar və müxalifətdən olan deputatlar arasında dava düşüb.
Bu barədə King.Az Ermənistan KİV-ə istinadən xəbər verir.
Məlumata görə, spiker Alen Simonyan müxalifətin "Hayastan" fraksiyasında hansısa daxili çəkişmənin olduğunu və fraksiyanın digər üzvlərinin "Daşnaksütyun"un mövqeyinin "əsirinə çevrildiklərini" deməsindən sonra vəziyyət gərginləşib.
Daşnak deputat Qarnik Danielyan oturduğu yerdən ona qarşı çıxmağa çalışıb və sözlü davaya hakim partiyanın deputatları müdaxilə ediblər. Nəticədə mübahisə iqtidar və müxalifət deputatları arasında səs-küylü əlbəyaxa davaya çevrilib.
Spiker dövlət mühafizə xidmətinin əməkdaşlarını çağırıb, daha sonra isə 20 dəqiqəlik fasilə elan edib.
Oxşar Mövzular

Azərbaycanın iki şahmatçısı Dünya Kubokuna vəsiqə qazanıb
27-03-2025, 13:27
KİV: "Sevilya" "Qarabağ"ın futbolçusu ilə maraqlanır
17-12-2024, 21:34
Misli Premyer Liqası
12-04-2025, 14:50