İsrail Müdafiə Ordusu (SAXAL) Qəzza zolağının şimalında və cənubunda yerüstü manevrlərini genişləndirib.
Bu barədə King.Az "Walla" xəbər portalına istinadla xəbər verir.
Bildirilib ki, SAXAL Beyt-Hanunda, Beyt-Lahiyada, Rəfahda və Moraqda əlavə ərazilər ələ keçirib.
İsrail Hərbi Hava Qüvvələri və artilleriya batareyaları zərbələr endirmək məqsədilə gecə boyu fəaliyyət göstəriblər.
Xatırladaq ki, martın 18-də İsrail ordusu Qəzza zolağında döyüş əməliyyatlarını bərpa edərək, anklavı kütləvi zərbələrə məruz qoyub və bununla da yanvarda müəyyən edilmiş atəşkəs rejimini pozub. Baş nazir Benyamin Netanyahunun ofisi bunu HƏMAS-ın vasitəçilər və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff tərəfindən danışıqlarda irəli sürülən təklifləri rədd etməsi ilə izah edib və əməliyyatın məqsədinin bütün girovların azad edilməsi olduğunu bildirib.
Oxşar Mövzular

Gündəlik Bürclər-(13.12.2024)
13-12-2024, 00:52