0
Bazar ertəsi
Apr 21

TDT Ağsaqqallar Şurası Şimali Kiprdə toplanacaq

HASANLY

Bəzi üzv dövlətlərin Avropa İttifaqı ilə razılaşması fonunda Türk Dövlətləri Təşkilatından (TDT) mühüm addım atılıb.

King.Az TRT-yə istinadən xəbər verir ki, təşkilatın Ağsaqqallar Şurasının 17-ci iclasının Şimali Kipr Türk Respublikasında (ŞKTR) keçirilməsi qərara alınıb.

İclas mayın 1-2-də təşkil olunacaq.

Xatırladaq ki, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistan Avropa İttifağı ilə saziş imzalayaraq Cənubi Kiprdə səfirlik açmağa qərar verib. Mübahisəli qərardan sonra ŞKTR prezidenti Ersin Tatar türk dövlətlərini yunan tərəfi ilə münasibətlərdə diqqətli olmağa çağırıb.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.