Çərşənbə axşamı
Apr 15

Tusk: "Polşa Ukraynadan pul qazanacaq"

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Polşa təkcə Ukrayna ilə həmrəylik nümayiş etdirmək deyil, həm də ondan pul qazanmaq istəyir.

King.Az onet.pl internet portalına istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Donald Tusk bildirib.

"Elə bir şey olmayacaq ki, Polşa həmrəylik nümayiş etdirsin, digərləri isə Ukraynanın bərpası üzərindən pul qazansın. Biz həmrəy olacağıq və bundan pul qazanacağıq, öz maraqlarımızı və Polşa şirkətlərinin maraqlarını səylə qoruyacağıq", - deyə Tusk Polşanın Ukraynanın bərpası prosesində iştirakından danışarkən qeyd edib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.