"İran və Azərbaycan arasında Birgə Nəqliyyat Komitəsi yaradılacaq".
King.Az "Azad İran" "Telegram" kanalına istinadla xəbər verir ki, bunu İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq deyib.
Onun sözlərinə görə, Birgə Nəqliyyat Komitəsi yaxın həftələrdə işə başlayacaq:
"Komitə dəmir yolu, avtomobil, hava və dəniz nəqliyyatı sahəsində layihələrin həyata keçirilməsinin sürətləndirilməsi alətinə çevriləcək.
Bundan əlavə, tərəflər ticarət, enerji, neft və qaz sahələrində bir sıra əlavə sazişlər imzalayıblar. İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfərindən əvvəl sərhədlər və gömrüklərin qarşılıqlı fəaliyyəti, gəmiçilik və liman infrastrukturu məsələləri ilə bağlı sənədlərin hazırlanması planlaşdırılır".
Oxşar Mövzular

"The Wall Street Journal": Kiyev ABŞ-nin planında bir maddəni dəyişdirib
21-11-2025, 12:50A Seriyası: "Yuventus"dan səfər qələbəsi
8-02-2025, 13:40